KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

26.02.2024

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 24-də rayon ərazisində yerləşən mağazaların birindən 1100 manat pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Onun əvvəllər də oğurluğa görə məhkum olunduğu məlum olub.
Araşdırma aparılır.