KRİMİNAL XRONİKA

Əsas səhifə

Biləcəri qəsəbəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

09.06.2023

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə iyunun 9-da səhər saatlarında Biləcəri qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Araşdırmalarla vətəndaşın mobil telefonunun və avtomobilinin açarının onunla birgə yaşayan qohumu İ.Əlixanovun oğurlaması və avtomobili qaçırması məlum olub. 
Polis əməkdaşlarının keçirdikiləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əlixanov Bakı-Quba yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.