KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər sakini olan bir qadına qarşı quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini B.Məhiyəddinov saxlanılıb

14.05.2023

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 14-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadını döyərək quldurluq yolu ilə ondan pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş B.Məhiyəddinov müəyyən olunaraq saxlanılıb. 
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.