KRİMİNAL XRONİKA
Əsas səhifəMetronun “28 May” stansiyasında mobil telefon talamaqda şübhəli bilinən E.Qasımov saxlanılıb
27.04.2023
Metronun “28 May” stansiyasında bir sərnişinin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən E.Qasımov saxlanılıb
Metropolitendə Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 28-də metronun “28 May” stansiyasında 1 sərnişinin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş E.Qasımov saxlanılıb.
Araşdırma aparılır.