KRİMİNAL XRONİKA

Əsas səhifə

Lökbatan qəsəbəsində tikinti materialları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

14.04.2023

Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsindəki evlərin birindən 2000 manat dəyərində tikinti materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Nəsirov və Yardımlı rayon sakini Y.Nurlu saxlanılıblar. Araşdırma aparılır.