KRİMİNAL XRONİKA
Əsas səhifəBakı şəhər sakini S.Qasımova qarşı quldurluq etməkdə şübhəli bilinən N.Kərimli və T.Həmidov saxlanılıblar
28.03.2023
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 24-də Bakı şəhər sakini S.Qasımovu bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Kərimli və T.Həmidov müəyyən olunaraq saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.