KRİMİNAL XRONİKA
Əsas səhifəPaytaxtda “VAZ-21013” markalı bir avtomobili qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini R.Abdullayev saxlanılıb
28.03.2023
Martın 27-də saat 8 radələrində Nəsimi rayonu ərazisindən “VAZ-21013” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini R.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.