KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində quldurluq əməlində şübhəli bilinən N.Əliyev saxlanılıb

03.03.2023

Martın 1-də saat 5 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Ş.Mirzəzadənin idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişinləri tərəfindən bıçaqla hədələnərək 120 manatının və mobil telefonunun talanması barədə polisə məlumat daxil olub. 
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş N.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.