KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər rayonunun Buzovna qəsəbəsində avtomobil sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən iki qardaş saxlanılıb

14.02.2023

Fevralın 14-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində “Toyota” markalı bir avtomobildə sərnişin olan 2 nəfərin sürücünü döyərək mobil telefonunu almaları və avtomobili əzərək ona 2000 manat dəyərində ziyan vurmaları barədə polisə məlumat daxil olub. 
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Buzovna qəsəbə sakini E.Bəxtiyarlı və qardaşı B.Bəxtiyarlı müəyyən olunaraq saxlanılıblar. 
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.