KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai rayonu ərazisindəki mənzillərin birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini tutularaq istintaqa cəlb olunub

15.02.2023

Paytaxtın Xətai rayonu ərazisindəki mənzillərin birindən qeyri-aşkar şəraitdə  oğurluq edilməsi barədə polisə məlumat daxil olub. 
Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, müxtəlif üsul və vasitələrlə mənzilə qanunsuz daxil olmaqla oradan 6500 ABŞ dolları və 50.000 rus rublunun oğurlanması məlum olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Rüstəmov tutularaq istintaqa cəlb olunub. 
Xətai Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə işi cinayət işi başlanılıb, istintaq aparılır.