KRİMİNAL XRONİKA

Əsas səhifə

Mərdəkan qəsəbəsində piyada vurulmuşdur

14.11.2021

Noyabrın 14-də saat 23 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Kərimov idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azad Hüseynovu vurmuşdur.  Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.