KRİMİNAL XRONİKA

Əsas səhifə

Yeraltı kabelləri oğurlayan şəxs saxlanılıb

02.11.2021

Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsindəki 3 küçədən “ATS”-ə məxsus 1423 metr uzunluğunda yeraltı kabellərin oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Daşdəmirov qısa müddətdə müəyyən edilərək saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini V.Atakişiyevlə birgə rayon telefon qovşağına məxsus 800 metr rabitə kabelini oğurlamaları da müəyyən edilmişdir. Davam etdirilən tədbirlərlə V.Atakişiyev də saxlanılmışdır.