KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən...

16.09.2021

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Həsənzadə sentyabrın 12-də “BMW” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini İ.Nağıyev müəyyən edilərək sentyabrın 13-də avtomobillə birgə saxlanılmşdır. Araşdırma aparılır.
 
Sentyabrın 14-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Məmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Nuranə Nağıyevanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.