KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının...

10.06.2021

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Heydərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 1 kiloqramdan artıq heroin götürülmüşdür.
 
Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 9-da Bakı şəhər sakini A.Babayevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini S.Əmoyev müəyyən edilərək saxlanılmışdır.