KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının...

03.06.2021

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbə sakini Ə.Azadovun yaşadığı evə baxış zamanı oradan 1 kiloqramdan artıq marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə  kolu aşkar edilərək götürülmüşdür.

İyunun 3-də saat  9 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Qardaşovun idarə etdiyi “Audi” və Gürcüstan vətəndaşı Rafiq İsmaylovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.İsmaylov orada ölmüş, sərnişini - paytaxt sakini Ə.Əliyevin vəziyyəti ağırdır. Xəzər RPİ tərəfindən araşdırma aparılır.