KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən...

22.05.2021

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Zirə qəsəbə sakini N.Əliyev mayın 5-də qəsəbə ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 12 radələrində qəsəbə ərazisində saz vəziyyətdə tapılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini E.Qarayev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
 
Mayın 21-də saat 20 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində qəsəbə sakini S.Həsənov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 8 yaşlı Umud Əzizovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq mayın 22-də orada ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.