KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən...

19.05.2021

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Əlfəddinzadə mayın 19-da N.Rəfibəyli küçəsində bir nəfərin onun cibindən 55 manat pulunu açıq talama yolu ilə apardığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini İ.Rüstəmov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
 
Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də Bakı şəhər sakini M.Məhərrəmovun içərisində 800 manat pul və sənədlər olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar – S.İsmayılov və S.İsayev saxlanılmışlar.