KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 26-cı PB əməkdaşlarının...

20.05.2021

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də rayon ərazisində “Hyundai” markalı avtomobildən mənzil açarları, sənəd, 980 manat dəyərində mobil telefon və gümüş qolbaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Əbilov saxlanılmışdır.
 
Mayın 20-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Q.Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini İntiqam Rəsulovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.