KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının...

15.05.2021

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Astara rayon sakini, əvvəllər məhkum olunmuş A.Əlili saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, metamfetamin və 20 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür.

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Vəliyev mayın 14-də saat 23 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində idarə etdiyi “Opel” markalı avtomobildə sərnişininin bıçaqla onu hədələyərək 12 manat pulunu, mobil telefonunu və içərisində sənəd olan pulqabısının talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakini F.Həsənov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.