KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 7-ci PB və Abşeron RPİ əməkdaşlarının...

16.05.2021

Binəqədi RPİ 7-ci PB və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbə sakini E.Mirzəliyevə məxsus “Yamaha” markalı motosikleti oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini T.Məmmədzadə və Abşeron rayon sakini S.Mirzəyev saxlanılmışlar.

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini M.Səmədov mayın 16-da bir nəfərin ona məxsus “VAZ-2107” markalı avtomobildən içərisində 100 manat və 5000 rubl (100 manat) olan pulqabısının soyğunçuluq yolu ilə talandığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini İ.Hüseynov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.