KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının...

23.01.2021

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-da E.Şibiyevə məxsus “Kuba Dragon” markalı mopedi oğurlamaqda şübhəli bilinən Şəki şəhər sakini E.Rəhimov saxlanılmışdır.

Yanvarın 23-də saat 15 radələrində Yasamal rayonunun Tbilisi prospektində Sumqayıt şəhər sakini A.Hacıyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini H.Qurbanovanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Yasamal RPİ tərəfindən araşdırma aparılır.