KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının ...

24.10.2020

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini Q.Qasımovu bıçaqla hədələyərək 70 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən həmyerlisi E.Cəfərov saxlanılmışdır.

Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə oktyabrın 23-də saat 21 radələrində Sahil qəsəbəsi ərazisindən qəsəbə sakini T.İmanovun “Chevrolet” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Cəfərov həmin gün qəsəbə ərazisində avtomobillə birgə saxlanılmışdır. 

Oktyabrın 24-də saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Əliyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə velosipedlə yolu keçən qəsəbə sakini Məhəmməd Vəlişovu vurmuşdur. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Oktyabrın 21-də saat 22 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindəki komendant postunda qəsəbə sakini O.Axundovun idarə etdiyi “Hyundai” markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma nəticəsində O.Axundovun aktiv koronavirus xəstəsi olması müəyyən edilmişdir. COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılmış, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı diqqətinə çatdırılmış, ona digər şəxslərlə təmasda olmaması üçün tövsiyələr verilməklə, müalicəsini davam etdirmək üçün müvafiq ünvana yerləşdirilmişdir. Onun hərəkətlərində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimi qaydalarının pozulmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılmışdır.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat həyata keçirilib. Bölmə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini N.Əhmədova saxlanılıb. Onun üzərinə baxış zamanı müxtəlif xassəli narkotik vasitələr aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq N.Əhmədovaya onlayn yolla narkotik vasitələr satan, paytaxt sakini Ruslan Şeyxov da saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilib. Onun yaşadığı mənzilə baxış zamanı 4 ədəd bağlamada və 17 ədəd kibrit qutusunda ümumi çəkisi 6 kiloqram 8 qram olan narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər külli miqdarda narkotik vasitənin satışını təşkil etmək istəyiblər. Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.