KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının...

14.10.2020

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazindəki 3 evə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Zeynalov saxlanılmışdır.

Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsində yaşayan V.Qarayevin evindən 481qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-dən oktyabrın 13-dək olan müddətdə Ə.Əzizov və G.Hüseynovun həyətlərindən ümumilikdə 46 baş qoyun oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini Ş.Əsgərov saxlanılmışdır.

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini A.Mövsümova oktyabrın 13-də saat 20 radələrində S.Vurğun küçəsində bir nəfərin ona zor tətbiq edib içərisində sənəd və bank kartı olan pulqabısını aldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənov müəyyən edilərək saxlanılmışdır.

Nəsimi RPİ 22-ci və Metropolitendə Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də N.Novruzovun içərisində 1000 ABŞ dolları, 300 manat pul, 4 ədəd bank kartı, şəxsiyyət və sürücülük vəsiqələri olan pulqabısını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini əvvəllər, məhkum olunmuş Z.Qasımov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.