KRİMİNAL XRONİKA

Əsas səhifə

Aprelin 28-də saat 23 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki...

28.04.2019

Aprelin 28-də saat 23 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birində Bakı şəhər sakini, əvvəllər qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma və soyğunçuluğa görə məhkum olunmuş R.İlyasov münaqişə zəminində tanışı, paytaxt sakini, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Sergey Musayevə kəsici alətlə xəsarət yetirib hadisə yerini tərk etmişdir. S.Musayev aldığı xəsarətlərdən ölmüşdür. Xəzər Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən İsmayıllı rayon sakini T.Alıyev aprelin 23-nə keçən gecə M.Həsənov küçəsindəki mağazasından şüşə  sındırılmaqla 1 ədəd noutbuk və 2 ədəd mobil telefonun oğurlandığını bildirmişdir. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fəxri Heybətov polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.

Aprelin 27-də saat 18 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində - Bakı-Mərdəkan şossesində naməlum sürücü idarə etdiyi İxtisaslaşdırılmış Sanitariya Təmizlik və Kommunal Xidməti İdarəsinə məxsus “MAN” markalı yük avtomobilini qarşıda qəza dayanma işıqlarını yandırıb yolun kənarında saxlamış “Daewoo” markal 171 nömrəli xətt avtobusuna vurmuş və hadisə yerini tərk etmişdir. Nəticədə avtobusun 29 sərnişini xəstəxanaya yerləşdirilmiş, ilkin tibbi yardım göstərildikdən sonra onlardan 22 nəfəri buraxılmışdır. Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədib hadisə yerini tərk etmiş “MAN” markalı yük avtomobilinin sürücüsü - Bakı şəhər sakini, əvvəllər məhkum olmuş Rauf Dadaşov saxlanılmışdır.
Hazırda faktla bağlı araşdırma aparılır.