KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində...

18.11.2018

Noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də orada ölmüşdür. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 18-də saat 3 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Xəyal Qayıbov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Elçin İslamovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 18-nə keçən gecə Xətai rayonu ərazisindəki mağazaların birindən pəncərədən girmək yolu ilə 220 manat pul və tütün məmulatı oğurlanmışdır. Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu  törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq, soyğunçuluq, xuliqanlıq və digər cinayətlərə görə məhkum olunmuş Ümid Tağıyev və Mingəçevir şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Rüstəm Alırin saxlanılmışlar.