KRİMİNAL XRONİKA
Əsas səhifəKriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri...
06.09.2018
Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də rayon ərazisindəki evlərin birindən 50 manat və 500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Məmmədov saxlanılmışdır.
Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən sentyabrın 5-də Binəqədi qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən 36 metr metal borunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elvin Alıyev saxlanılmışdır.
Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 11-də rayon ərazisindəki evlərin birindən 1000 ABŞ dolları, 1700 manat və qızıl saat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Taleh Babayev və Ceyhun Cabbarov saxlanılmışlar.