KRİMİNAL XRONİKA
Əsas səhifəXəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...
02.09.2018
Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki evlərin birindən istilik sisteminin hissələrini və 150 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Binə qəsəbə sakini Natiq Məmmədov saxlanılmışdır.
2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri ilə sentyabrın 1-də rayon ərazisindəki evlərdən birinin həyətindən velosiped oğurlamaqda şübhəli bilinən Buzovna qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nazir Talıbov saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun avqustun 28-dən 31-dək olan müddətdə Buzovna qəsəbəsi ərazisindəki iki evin həyətindən velosiped oğurlaması da müəyyən edilmişdir.
Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də rayon ərazisindəki evlərin birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Fətəliyev saxlanılmışdır.
Əlahiddə Çevik Polis Alayı və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 2-nə keçən gecə Lökbatan qəsəbəsi ərazisində “Daf” markalı avtomobildən 2 ədəd ehtiyat təkəri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Timur Sinjapov saxlanılmışdır.
Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisində selofan torbada 1 ədəd kustar üsulla hazırlanmış tapança, alışqanı olmayan “F-1” markalı əl qumbarası, içərisində 30 ədəd avtomat patronu olan daraq və beşbarmaq aşkar olunaraq götürülmüşdür