KRİMİNAL XRONİKA
Əsas səhifəBaş Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...
26.08.2018
Baş Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 9-da rayon ərazisindəki evlərin birindən 520 manat və 3000 rubl pul, habelə mobil telefon oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini Misir Həmidov saxlanılmışdır.
Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən avqustun 14-də Hövsan qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini Bəhruz Qəhrəmanov saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun mayın 21-də daha bir evdən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir.
DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisindəki kafelərin birindən kondensioner, 2 ədəd soyuducu mühərriki, 100 metr elektrik naqili, 3 ədəd plastik qapı və 3 ədəd pəncərə şüşəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Qurbanov saxlanılmışdır.