KRİMİNAL XRONİKA
Əsas səhifəMartın 16-da Sabunçu rayonunun Maştağa qəsəbəsindəki evlərin birindən 800 metr elektrik naqili oğurlamaqda...
17.03.2018
Martın 16-da Sabunçu rayonunun Maştağa qəsəbəsindəki evlərin birindən 800 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri olan 3 yeniyetmə 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Martın 17-də saat 21 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində Bakı şəhər sakini Elmir Məlikov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Arifə İsmayılovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır..
Martın 17-də saat 5 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Lerik rayon sakini Bəhram Ağacanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rauf Həsənovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
Martın 16-da Yasamal rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən Bakı şəhər sakini Azər Kazımova məxsus “Honda” markalı avtomobil qaçırılmışdır.
DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər BPİ, Nizami RPİ 25-ci PB və Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini Aslan Abdullayev avtomobillə birgə Q.Qarayev prospektində saxlanılmışdır.
Martın 17-də Nizami rayonu ərazisində yerləşən klubların birində 3 naməlum şəxs Bakı şəhər sakini N.Qafarovanın içərisində 480 manat və sənədlər olan pulqabısını açıq talama yolu ilə alıb hadisə yerini tərk etmişlər.
24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlərdən biri - Daşkəsən rayon sakini Şahin İsayev saxlanılmışdır.
Nizami RPİ tərəfindən araşdırma aparılır.