KRİMİNAL XRONİKA

Əsas səhifə

Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Bağırzadə müəyyən edilərək saxlanılıb

28.11.2022

Noyabrın 26-da saat 22 radələrində Xətai rayonunun G.Şıxlinski küçəsində bir nəfərin Bakı şəhər sakini İ.Zeynalova zor tətbiq edib pulunu və gümüş qolbağını talaması barədə polisə məlumat daxil olub.
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş T.Bağırzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.