KRİMİNAL XRONİKA

Əsas səhifə

340 kiloqram meyvəni oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

27.06.2022

Lökbatan qəsəbəsindəki bazarda Tovuz rayon sakini T.Əhmədliyə məxsus 340 kiloqram meyvəni oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini S.Hüseynov müəyyən edilərək saxlanılıb
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsindəki bazarda Tovuz rayon sakini T.Əhmədliyə məxsus 340 kiloqram meyvə oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini S.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun iyunun 11-də həmin bazarda Abşeron rayon sakini O.Mehdiyevə məxsus 1500 manat, iyunun 27-nə keçən gecə isə Bakı şəhər sakini H.Zabidliyə məxsus 630 manat dəyərində meyvə oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.