Nərimanov rayonu ərazisində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
15.01.2024
Nərimanov rayonu ərazisində yerləşən inşaat mağazalarının birindən dəyəri 2500 manatdan çox olan inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş A.İsmayılov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.