Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Nərimanovda avtomobillərin qanunsuz parklanmasına qarşı quraşdırılan 14 ədəd tumbanı oğurlayan şəxslər saxlanılıblar

08.05.2023

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri  əməliyyat-axtarış tədbiri nəticəsində avtomomobillərin piyadalar üçün nəzərdə tutulan zonalarda qanunsuz parklanmasının qarşısının alınması məqsədilə quraşdırılan  dəmir tumbaları oğurlamaqla ölkənin nəqliyyat infrastrukturuna ziyan vuran şəxslər saxlanılıblar. Əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Mirzəyev, Eyvaz Əliyev və Elşən Həsənov tutularaq istintaqa təqdim olunublar.
Araşdırmalarla müəyyən edilib ki, Elşən Həsənov özünə məxsus avtomobillə tanışları Ceyhun Mirzəyev və Eyvaz  Əliyevlə  birlikdə gecə saatlarında insanların olmamasından istifadə edərək parka gəlməklə oradan ümumilikdə 14 ədəd  dəmir tumba oğurlayıb. Dəstə üzvləri daha sonra həmin tumbaları müxtəlif ünvanlarda yerləşən əlvan metal qəbulu məntəqələrinə pul müqabilində satıblar. Qrup üzvlərinin oğurladıqları tumbaların bir qismi qeyd edilən əlvan metal qəbulu məntəqələrindən aşkar olunaraq maddi sübut qismində götürülüb. Saxlanılan şəxslərin etdikləri oğurluq cinayətləri inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. 
Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.





Çap et  Çap et