Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Səbail RPİ əməkdaşı Solmaz Zeynallı beynəlxalq yarışda gümüş medal qazanıb

14.12.2021

Bugünlərdə Litvanın Kaunas şəhərində “Kyokushin Karate” üzrə Avropa Kuboku uğrunda turnir keçirilib. Turnirində beynəlxalq yarışların qalibi və iştirakçısı Səbail RPİ PPXB-nin polis nəfəri, polis sıravisi Solmaz Zeynallı 60 kiloqram çəki dərəcəsində Polşa və Litva idmançılarına asanlıqla qalib gəlib. 
Finala gedən yolda həmkarımız işveçrəli idmançı ilə qarşılaşıb. Uduzacağını təxmin edən rəqibin Solmazın boğaz nahiyəsinə dirsəyi ilə qadağa olunmuş zərbə endirməsi hakimlərin diqqətindən yayınmayıb və o turnirdən diskvalifikasiya olunub. 
Əsas döyüşünə hazırlaşsa da hakimlərin qərarı ilə aldığı zərbəyə görə finala buraxılmayan idmançımız gümüş medalın sahibi olub.
Qeyd edək ki, S.Zeynallı bu qələbəsini Vətən müharibəsinin şəhidi, “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin işğaldan azad olunmasına görə” medalları ilə təltif edilmiş qardaşı Tural Zeynalova həsr edib.





Çap et  Çap et