Bakı şəhər Baş Polis İdarəsi

Rəhbərlik

Əsas səhifə

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru İsmayılov Əkbər Məcid oğlu 

1963-cü ildə Ermənistan Respublikası, Yeravan  şəhərində anadan olmuşdur.1988-ci ildə Vladimir  Xüsusi Orta Milis Məktəbini,  1997-ci ildə isə
DİN-in Polis Akademiyasını bitirmişdir.1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır.

1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində əməliyyat xidmətində müxtəlif məsul vəzifələrdə işləmişdir. O cümlədən, 2005-2020-ci illərdə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi və həmin İdarənin əməliyyat işi üzrə rəis müavini, Sumqayıt ŞPİ-nin rəisi, Xətai və Yasamal RPİ-lərinin rəisi, Gəncə Şəhər BPİ-nin rəisi vəzifələrində xidmət etmişdir.

2020-ci ilin noyabr ayında Bakı Şəhər BPİ-nin rəisi vəzifəsinə təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli 1610 nömrəli sərəncamı ilə «İgidliyə görə» və 01 iyul 2020-ci il tarixli 602 nömrəli sərəncamı ilə «Vətən uğrunda» medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 02 iyul 2021-ci il tarixli  sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.

Ailəlidir, 3 övladı var.


Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işi üzrə müavini, p
olis 
general-mayoru Ələkbərov Vüqar Hidayət oğlu

1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur. 2004-cü ildə DİN-in Polis Akademiyasını bitirmişdir.  1998-ci ildən isə daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə işləmişdir.

2004-2009-cu illərdə Polis Akademiyasında “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasında müəllim, 2009-2014-cü illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bölmə, şöbə rəisi, 2014-2020-ci illərdə Bakı Şəhər BPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində xidmət etmişdir.  

2020-ci ilin iyun ayında Bakı Şəhər BPİ rəisinin müavini, dekabr ayında isə rəisin əməliyyat işi üzrə müavini vəzifəsinə təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə  Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2013-cü il tarixli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2022-ci il tarixli  sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir. 

Ailəlidir, 2 övladı var. 

Bakı Şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə müavini, polis polkovniki Kərimov Elnur Elxan oğlu

1980-ci ildə Salyan şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2021-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 2002-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə işləmişdir.

2002-2013-cü illərdə DİN-in Daxili Qoşunlarında xüsusi təyinatlı taqım, bölük və dəstə komandiri, 2013-2022-ci illərdə DİN-in Əlahiddə Çevik Polis Alayında xüsusi təyinatlı taborun komandir müavini, həmin Alayın komandirinin 1-ci müavini - Qərargah rəisi, 2022-2024-cü illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifələrində xidmət etmişdir.

DİN-in 19.07.2024-cü il tarixli əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilmişdir.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində öz xidməti vəzifələrini yerinə yetirərək yüksək peşəkarlıq göstərdiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 11 mart tarixli 788 nömrəli Sərəncamı ilə “Hərbi xidmətlərə görə”, 2020-ci il 01 iyul tarixli 2136 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.

Ailəlidir, 3 övladı var.


 
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Məmmədov Eldəniz Kazım oğlu 

1974-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub.

1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, 2001-ci ildə Moskva Dövlət Sosial Universitetini, 2005-ci ildə isə DİN-in Polis Akademiyasını bitirib.

2000-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış ve bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır.

2010-2020-ci illərdə DİN-in Komendant Xidmətinin rəisi vəzifələrində xidmət etmişdir.  

2020-2023-cü illərdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində xidmət etmişdir.

DİN-in 03 mart 2023-cü il tarixli əmri ilə Bakı Şəhər BPİ-nin rəis müavini vəzifəsinə təyin olunmuşdur.

Xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2008-ci il tarixli 2912 nömrəli sərəncamı ilə «igidliyə görə» və Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə 03 iyul 2018-ci il tarixli 263 nömrəli sərəncamı ilə «Vətən uğrunda» medalları ilə təltif edilmişdir.

Ailəlidir, 2 övladı var. 

 

 





Çap et  Çap et