Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Səbail RPİ 9-cu PB əməkdaşlarının...

31.05.2021

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da rayon ərazisində P.Məsimova məxsus avtomobildən içərisində bank kartları olan pulqabısını oğurlamaqda və hesabından 2210 manat pul çıxarmaqda şübhəli bilinən Bakı şəhər sakini K.Qədirli saxlanılmışdır.

Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-də Ucar rayon sakini G.Nəbiyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Nissan” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Bakı şəhər sakini T.Cavadov idarə etdiyi həmin nəqliyyat vasitəsi ilə birgə saxlanılmışdır. Araşdırma aparılır.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da rayon ərazisində “Mercedes” markalı avtomobildən 300 manat pul oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakini A.Cəfərov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Lökbatan qəsəbəsi ərazisində “Audi” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 180 manat dəyərində gödəkçə və pulqabı, “QAZ-3110” markalı avtomobildən isə 200 manat pul oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da rayon ərazisindəki evlərin birindən 3200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini C.Həsənov saxlanılmışdır.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 25-də rayon ərazisindəki evlərin birindən 4350 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən T.Vəkilov saxlanılmışdır.

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da rayon ərazisində bir avtomobildən içərisində 480 manat və 1100 manat dəyərində mobil telefon olan pulqabı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev saxlanılmışdır. 





Çap et  Çap et