Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə...

01.06.2021

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə iyunun 1-də Bakı şəhər sakini olan 9 yaşlı qızın mobil telefonunun açıq talama yolu ilə alınması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini 27 yaşlı R.Elyasov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
 
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də rayon ərazisində “KİA” markalı avtomobildən 750 manat pul oğurlamaqda şübhəli bilinən R.Ərzimanov saxlanılmışdır.
 
Oğurluq etdiyinə görə tutulmuş E.Şirinzadənin ətrafında Səbail RPİ 41-ci PB-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun rayon ərazisində 5 avtomobildən ümumilikdə 1240 manat pul və sənədlər oğurlaması da müəyyən edilmişdir.
 
Oğurluq etdiyinə görə tutulmuş F.Cabbarovun ətrafında Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun rayon ərazisindəki bir mağazadan 3000 manat dəyərində noutbuk, müşahidə kamerası və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.
 
Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də rayon ərazisindəki evlərin birindən 6500 manat, 800 ABŞ dolları və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qusar rayon sakinləri R.Əlifova və bacısı saxlanılmışlar. 





Çap et  Çap et