Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Pulqabını oğurlamağa cəhd göstərən şəxs saxlanılıb

12.02.2021

Fevralın 12-də xətt avtobusunda Bakı şəhər sakini A.Bağırzadənin cibindən pulqabısını oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən R.Tağıyev saxlanılmışdır
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində fevralın 12-də xətt avtobusunda Bakı şəhər sakini A.Bağırzadənin cibindən pulqabısını oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Tağıyev saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 2 nəfərin çantasından pul və sənəd oğurlaması da müəyyən edilmişdir.





Çap et  Çap et