Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Noyabrın 20-də saat 21 radələrində ...

20.11.2020

Noyabrın 20-də saat 21 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qəsəbə sakini Ş.Dostəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Zakir Quliyevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır. 

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdan “F-1” qumbarası, 1 ədəd avtomat darağı və 55 ədəd müxtəlif çaplı patron tapılmış və ANAMA-nın əməkdaşlarına təhvil verilmişdir.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi , Nəsimi RPİ 19-cu Polis Şöbəsi  və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Z.Bünyadov prospektindəki marketlərin birindən içərisində 800 manat pul olan seyf, 2300 manat dəyərində tütün məmulatı, spirtli içki və yağ oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Hüseynli, R.Həsənov və Ağdam rayon sakini əvvəllər məhkum olunmuş E.Həsənov saxlanılmışlar.





Çap et  Çap et