Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Martın 18-də saat 20 radələrində Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini...

18.03.2020

Martın 18-də saat 20 radələrində Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini F.Şeydayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Elmar Bədəlovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən pul və sənədlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov saxlanılmışdır.

Oğurluğa cəhd etdiyinə görə tutulmuş E.Mustafayevin və M.Xəlilovun ətraflarında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Balakən rayon sakini, əvvəllər məhkum olunmuş T.Hacıyevlə birgə martın 11-də rayon ərazisindəki mağazaların birindən içərisində 1213 manat olan seyfi oğurlamaları da müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun və A.Həsənovun ətraflarında Nərimanov RPİ 18-ci PŞ və Nizami RPİ 25-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Nərimanov rayonu ərazisindəki bir köşkdən 2000 manat dəyərində tütün məmulatı, bir aptekdən 3750 manat və bir mağazadan isə148 manat pul oğurlamaları da müəyyən edilmişdir.
Davam etdirilən tədbirlərlə A.Həsənovun H.Dadaşzadə ilə birgə Nizami rayonu ərazisindəki bir gözəllik salonundan 480 manat oğurlamaları da müəyyən edilmişdir.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də rayon ərazisində “Jeep” markalı avtomobildən pul, 6000 manat dəyərində mobil telefon, 1500 manat dəyərində ətir və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nemətov saxlanılmışdır.

Pirallahı RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Məlikov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 482 qram marixuana aşkar edilərək götürülmüşdür.





Çap et  Çap et