Əməliyyat-axtarış tədbirləri nəticəsində...
06.06.2017
DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin oktyabrından cari ilin aprelinədək olan müddətdə rayon ərazisində 8 avtomobildən pul, mobil telefon, ətir və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Hacıyev tutulub.
Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 5-də rayon ərazisindəki evlərdən birindən 12 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qusar rayon sakini Sadil Allahverdiyev tutulub.
İyunun 5-də Nəsimi rayonu ərazisindəki ərzaq mağazalarından birində Bakı şəhər sakini İsmayıl Qədirovun içərisində 1500 manat və 1300 ABŞ dolları olan pul qabısı oğurlanıb.Hadisəni törətməkdə şübhəli bilinən Mariya Pronina Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulub.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elşad Məmmədovdan “AKM” markalı silah və 23 ədəd patron götürülüb.
İyunun 6-da Binəqədi rayonunun Sulutəpə qəsəbə sakini Maarif Bəkirovu evində elektrik cərəyanı vurub. M.Bəkirov hadisə yerində ölüb.
Araşdırma aparılır.