Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

04.06.2017

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 3-də Şamxal İbadovun 50 manat pulunu, mobil telefonunu və fotoaparatını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Hümbətov tutulub.

İyunun 4-də saat 20 radələrində paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini Yeganə İasyevanı döyərək içərisində 6 manat və bankomat kartları olan pulqabısını alıb qaçarkən, Y.İsayeva səs-küyə gələn bina sakinləri ilə birgə onlardan birini tutaraq 25-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verib. Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini Səidə Kərimova olması müəyyən edilib. Nizami RPİ tərəfindən digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirlər davam etdirilir.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 1-də rayon ərazisində "VAZ-2107" markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Arif Abdullayev saxlanılıb. 

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 26-da Bakı şəhər sakini Elxan Kərimovun idarə etdiyi "Volksvagen" markalı avtomobildən planşet oğurlamaqda şübhəli bilinən paytaxt sakini Samir Mirzəyev tutulub.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "isti izlər"lə keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində baş vermiş oğurluq hadisəsinin 3 saat ərzində açılması təmin olunub.  İyunun 4-də Qaradağ rayonu Lökbatan qəsəbəsindəki "Sədərək" ticarət mərkəzindəki mağazalardan birinin sahibi, Sumqayıt şəhər sakini Adil Məmmədov səhər tezdən iş yerinə daxil olarkən xeyli malın oğurlandığını görüb, vaxt itirmədən DİN-in "102 Zəng Mərkəzinə" bu barədə məlumat verib. Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşları hadisə yerini müayinə edərkən oradan 5220 manat dəyərində geyim əşyalarının oğurlandığını aşkar ediblər. Rəis müavini, polis mayoru Kənan Abışovun rəhbərliyi ilə yaradılan əməliyyat qrupu cinayətin "isti izlər"lə açılması üçün təxirəsalınmaz tədbirlərə başlayıb. Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə səhər saat 5 radələrində  hadisənin baş verdiyi yerə taksi fəaliyyəti göstərən avtomobilin yaxınlaşdığı müəyyən edilib. Sonrakı tədbirlərlə həmin avtomobilin dövlət qeydiyyat nişanı müəyyənləşdirilərək sürücüsü saxlanılıb.  Araşdırmalar zamanı həmin şəxsin səhər saatlarında tanımadığı 2 nəfəri müştəri qismində əllərindəki yüklə Maştağa qəsəbəsinə apardığı müəyyənləşdirilib. Ünvan dəqiqləşdirildikdən sonra həmin ərazidə xidmət aparan Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşları ilə birgə davam etdirilən tədbirlərlə həmin mənzilə baxış keçirilərkən orada olan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Qarayev və Tovuz rayon sakini Rövşən Rüstəmov şübhəli şəxs qismində saxlanılıblar. Mənzildə olan mağazadan oğurlanmış geyim əşyaları isə maddi sübut kimi götürülüb. Ətraflarında aparılan tədbirlərlə onlar həmin ərazidə 4 gün əvvəldən müşahidə apardıqlarını, nəzarət kameraları olmadığından məhz həmin mağazanı hədəf götürdüklərini etiraf ediblər. Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq aparılır.

Narkotik vasitə ilə tutulan Rəvan Abdullayevin ətrafında Yasamal RPİ 26-cı PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində 5 avtomobildən pul, sənəd, noutbuk, mobil telefon, yaddaş kartı, 1 evdən pul, sənəd və məişət əşyaları, habelə Bakı şəhər sakini olan 3 qadının mobil telefonlarını oğurlaması da müəyyən edilib.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 9-da Bakı şəhər sakini Şirzad Həsənovun "VAZ-2106" markalı avtomobilini qaçırmaqda şübhəli bilinən paytaxt sakini Nemət Məmmədov tutulub. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində daha 2 avtomobildən akkumulyator və maqnitofon oğurlaması da müəyyən edilib.

Aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Əliağa Hüseynzadə müvafiq sənədləri olmayan "İJ-58" markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mehman Əliyevdən 8 kiloqram 20 qram marixuana götürülüb.





Çap et  Çap et