Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Gizli fəaliyyət göstərən oyun zalı aşkarlanıb

11.01.2021

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən "Alfa-Playstation club” oyun zalı aşkar edilib.
“Alfa-Playstation club”a baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi V.Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), digər 21 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub.