Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Karantin qaydalarını pozan kafedə əməliyyat

11.01.2021

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Şeş-Beş" kafesini aşkarlayıblar.
Obyektin fəaliyyəti dərhal dayandırılıb. Ora baxış zamanı kafenin sahibi vətəndaş A.Abdullayev və daha 5 müştəri saxlanılaraq ərazi üzrə Sabunçu PRİ-nin 13-cü Polis Bölməsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.
Kafenin sahibi A.Abdullayevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanlarına göndərilib.