Veteranlar Yubiley Tədbirində
05.07.2018
Ancaq veteranlar heç də daxili işlər orqanlarından uzaq düşməyiblər, öz bilik və təcrübələrini, Veteranlar şuralarının təşkilatçılığı ilə müxtəlif tədbirlər keçirməklə, gənc əməkdaşlara çatdırırlar. Bu dəfə yol polisinin veteranları Azərbaycan Polisinin 100 illik yubileyini qeyd etmək üçün toplaşmışdılar. İyulun 4-də keçirilmiş tədbirə Bakı Şəhər BPİ DYPİ-nin rəisi, polis polkovniki Nüşurəvən Səfərov, Bakı Şəhər BPİ rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev, DİN Veteranlar Şurasının sədri Ramiz Axundov və Baş İdarənin Veteranlar Şurasının sədri Emin Məmmədov qatılıb.
Bakı Şəhər BPİ DYPİ-nin rəisi Nüşurəvən Səfərov veteranların daxili işlər orqanlarında uzun müddət qüsursuz xidmətlərini və hazırda gənc əməkdaşların təlim- tərbiyəsində, peşə hazırlıqlarının yüksəldilməsində yaxından iştirak etdiklərini vurğuladı. Paytaxt sakinlərinin yol hərəkəti qaydaları ilə bağlı məlumatlandırılması, eyni zamanda hərəkətin təhlükəsizliyin təmin edilməsində onların böyük rolu olduğunu qeyd edən idarə rəisi Bakı Şəhər BPİ və Baş Dövlət Yol Polis İdarəsi rəhbərliyinin təbriklərini veteranlara çatdırdı, onlara can sağlığı və uzun ömür arzuladı.
Bakı Şəhər BPİ rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi Əli Vəliyev də veteranların təcrübəsinə hər zaman ehtiyac olduğunu dedi, onların öz zəngin təcrübələrini gənc əməkdaşlara öyrətmələrini ictimai asayişin etibarlı təmin olunmasına yardım etdiyni bildirdi.
Daha sonra DİN Veteranlar Şurasının sədri Ramiz Axundov və Bakı Şəhər BPİ Veteranlar Şurasının sədri Emin Məmmədov çıxış etdilər, DİN rəhbərliyi və polis orqanları rəhbərləri tərəfindən veteranlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda Bakı Şəhər BPİ DYPİ-nin rəisi Nüşurəvən Səfərov daxili işlər orqanlarında uzun müddət qüsursuz xidmət etdiklərinə görə və Azərbaycan Polisnin 100 illik yubileyi münasibətilə veteranlara Fəxri fərmanları təqdim etdi.
“Polis” qəzeti