Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Paytaxtın müxtəlif rayonlarında dələduzluq və bank kartından oğurluq edən şəxslər saxlanılıblar

16.05.2025

Səbail rayonu ərazisində bir nəfər 36 yaşlı qadının etibarından sui-istifadə edərək 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmiş 37 yaşlı A.Abdurahmanov saxlanılıb.
Bundan başqa rayon ərazisində bir şəxsin bank kartından 560 manatı oğurlayan 25 yaşlı N.Aslanov, Yasamal rayonunda isə paytaxt sakininin bankomatda unutduğu 150 manatını ələ keçirən 29 yaşlı Y.Səmədov da saxlanılıblar.
Araşdırma aparılır.