"Polisdə xidmətə başlayan andan Azərbaycan Respublikasının Konstitusiyasını və digər Qanunlarını rəhbər tutmağa, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa, qanunçuluğa ciddi riayət etməyə, xidməti vəzifələrimi namusla və vicdanla yerinə yetirməyə, intizamlı olmağa, ictimai qaydanı və ictimai təhlükəsizliyi mərdliklə qorumağa və lazım gələrsə həyatımı belə əsirgəməməyə and içirəm"
Hər bir polis əməkdaşı vəzifəsinin icrasına başlamazdan əvvəl təntənəli şəraitdə, şəxsi heyətin yığıncağında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə and içməli və yalnız bundan sonra səlahiyyətlərinin icrasına başlaya bilər.