Bakı Şəhər Baş Polis İdarəsi qarşısında duran vəzifələrin, səlahiyyətlərinə aid edilmiş funksiyaların yerinə yetirilməsinin təmin edilməsi üçün Baş idarənin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təsdiq olunmuş strukturuna aşağıdakı xidmət sahələri daxildir.
Katiblik
Şəhər daxili işlər orqanlarının fəaliyyətinə dair vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərin qəbulunu, qeydiyyatını, vətəndaşların qəbulu, kargüzarlıq işini, BPİ-nin səlahiyyətinə aid məsələlər üzrə Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqi praktikasının ümumiləşdirilməsini, icra intizamına və məxfilik rejiminə nəzarəti, şifrteleqramalarla işi, normativ aktların çapı və çoxaldılması fəaliyyətini həyata keçirən struktur hissəsidir.
Təşkilati-İnspektor İdarəsi
BPİ üzrə təşkilati-nəzarət funksiyalarını şəhərdə mövcud kriminogen durumun kompleks təhlilinə əsasən hüquq-mühafizə vəzifələrinin həlli və əməliyyat-xidməti fəaliyyətin əsas yönümləri üzrə görüləcək işlərin planlaşdırılmasını, nəticələrinin ümumləşdirilməsini, bu məqsədlərlə BPİ xidmətlərinin, şəhər daxili işlər orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, ştat intizamına, ali hakimiyyət orqanlarının və DİN-in hüquqi-normativ aktlarının icrasına nəzarəti həyata keçirən struktur hissədir.
Növbətçi hissələri idarəetmə xidməti
Bakı şəhərində əməliyyat şəraitinə effektiv nəzarəti, qüvvə və vasitələrinin operativ idarə olunması və daxili işlər orqanlarının növbətçi hissələrinin fəaliyyətinə əməli rəhbərliyi həyata keçirən struktur hissədir.
Cinayət-Axtarış İdarəsi
Cinayət-Axtarış İdarəsi cinayətkarlıqla mübarizə, cinayətlərin qarşısının alınması və açılması, təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən, xəbərsiz itkin düşmüş şəxslərin, habelə oğurlanmış əmlakın axtarışı, şəxsiyyətinin tanınması mümkün olmayan meyitlərin müəyyənləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi funksiyalarını yerinə yetirən struktur hissədir.
İstintaq və Təhqiqat İdarəsi
Daxili işlər orqanlarının səlahiyyətlərinə aid olan işlər üzrə təhqiqatın və ibtidai istintaqın aparılmasını, baş vermiş cinayət hadisəsi üzrə vaxtında cinayət icraatının başlanmasını, cinayətin baş vermə səbəb və şəraitinin, işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını, cinayətin tezliklə açılmasını, onun bütün iştirakçilarının müəyyən edilərək məsuliyyətə cəlb olunmasını həyata keçirən struktur hissələrdir.
Əməliyyat və Statistik İnformasiya İdarəsi
Statistik məlumatların, hesabatların, məlumat banklarının yaradılmasını, bu banklarındakı məlumatların üzərində iş aparılmasını və onlardan istifadəni, cinayətlərin vahid statistikasının və BPİ sistemində statistikanın aparılmasını təşkil edən, məlumatların işlənməsi və ötrülməsi üzrə avtomatlaşdırılmış sistemin inkşaf etdirilməsini və təkmilləşdirilməsini, arayış-məlumat fəaliyyətini həyata keçirən struktur hissədir.
İctimai Təhlükəsizlik İdarəsi
İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə şəhər daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən, cinayətlərin qarşısının alınması və açılması sahəsində profilaktika tədbirlərinin həyata keçirilməsi, ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi, yetkinlik yaşına çatmayanlar arasında profilaktika işini təşkil edən, habelə icazə sistemi üzrə fəaliyyəti həyata keçirən struktur hissədir.
Dövlət Yol Polis İdarəsi
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi işinin təşkilini, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarətin, yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə inzibati icraatı həyata keçirən struktur hissədir.
Kadrlar İdarəsi
Ərazi polis orqanlarının qarşısında duran vəzifələrin təmin edilməsi üçün zəruri olan peşəkar kadr heyətinin yaradılması, o cümlədən kadrların seçilməsi, xidmətə qəbulu, vəzifələrə yerləşdirilməsi və onlara xüsusi rütbələrin verilməsi, əməkdaşların peşə hazırlığı, xidmət keçməsi, xidmətdən xaric edilməsi və onların uçotu işinin təşkili və həyata keçirilməsi, habelə şəhər daxili işlər orqanlarının bu sahədəki fəaliyyətinə nəzarət funksiyalarını yerinə yetirir.
Bakı Metropolitenində Polis İdarəsi
Metropolitenin və onun xüsusi obyektlərinin mühafizəsini və təhlükəsizliyini, eləcə də metro stansiyalarda ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə, baş vermiş hüquq pozuntularının qarşısının alınmasında profilaktiki tədbirləri həyata keçirir.
Şəxsi Heyətlə İş üzrə köməkçi
Şəxsi heyətin mənəvi-pisxoloji tərbiyəsini, onlara humanizim ideyalarına, qanunlara, hüquqi və etik normalara, insan hüquqlarına hörmət hissinin aşlanmasını, əməkdaşların sosial-hüquqi müdafiəsini həyata keçirən struktur hissədir.
Kiberməkanda Narkotiklərlə Mübarizə Şöbəsi
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının onlayn qaydada qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması, narkotik vasitələrdən qeyri-tibbi məqsədlərlə istifadə edən şəxslərin ərazi polis orqanları tərəfindən aşkar edilib qeydiyyata alınmasını, onların ətrafında profilaktik işin istiqamətlərindirilməsini, narkotiklərlə bağlı cinayətlər və istifadə edən şəxslər barədə daxil olmuş müraciətlərə baxılması, narkotik vasitələrdən istifadənin mənfi təsiri və onların yaratdığı təhdidlərlə bağlı maarifləndirmə və təbliğat işinin aparılmasını həyata keçirən struktur hissədir.
Maliyyə-Plan şöbəsi
Şəhər Daxili işlər orqanları əməkdaşlarının əmək haqqı və ödənişlərin işini təşkil edən struktur hissədir.
Kriminalistik Tədqiqatlar şöbəsi
Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və hallarda kriminalistik tədqiqatların
aparılmasını təşkil edən, kriminalistik tədiqat fəaliyyəti ilə əlaqədar hüquqları həyata keçirən struktur hissədir.
Təchizat şöbəsi
Xüsusi texnika və vasitələrlə, silah-sursat və digər maddi-texniki ehtiyatlarla təmin edilməsini həyata keçirən struktur hissədir.
Komendant taqımı
BPİ-in inzibati binasının buraxılış rejimini, inzibati binanın mühafizəsini, kommunal-istismar təminatını həyata keçirən struktur hissədir.