Nərimanov rayonunda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
20.01.2025
Nərimanov rayonu ərazisində dörd nəfərin aldadılaraq ümumilikdə 38600 manatın dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 48 yaşlı İ.Mirzəyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.