Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Polis mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxsi saxladı

14.01.2025

Binəqədi və Nəsimi rayonları ərazisində yerləşən 2 obyektdə naməlum şəxsin alış-veriş edən zaman kassaya saxta pul əskinasları verməsi barədə polisə məlumat daxil olub. Keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən əvvəllər dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Nuriyev müəyyən olunaraq saxlanılıb. 
Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb. Araşdırmalar aparılır.